Heydər Əliyev qəzəbli çıxış edir MP3 VIDEO DOWNLOAD

Share
Add
  • Published on Jan 14, 2015

  • AzadliqRadiosu nadir arxiv videoları silsiləsini davam etdirir. Bu görüntülər Milli Şuranın 15 iyun tarixli iclasındandır. Gəncə qiyamından sonra yaranan siyasi böhrandan çıxış yolu axtaran Elçibəy hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət edir. 1993-cü il iyunun 9-da prezident təyyarəsi ilə Naxçıvandan paytaxta gələn Heydər Əliyev dərhal Gəncəyə, Surət Hüseynovla danışıqlara gedir. Geri qayıdanda siyasi razılaşmaya əsasən, onun istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədri vəzifəsinə təyin olunması nəzərdə tutulurdu. O zaman Ali Sovetin funksiyasını demokratik blok üzvləri və keçmiş kommunist deputatlardan bərabər şəkildə təşkil olunmuş 50 nəfərlik Milli Şura həyata keçirirdi. Ali Sovetin sədrini də Milli Şura üzvləri seçməli idi. İyunun 15-də işinə başlayan Milli Şurada gözlənilmədən Heydər Əliyevin seçilməsi əleyhinə fikirlər səsləndi. İclasın gedişindəki bu gözlənilməz dəyişiklikdən qıcıqlanan Heydər Əliyev söz aldı və xatırlatdı ki, bura öz istəyi ilə gələməyib, onu dəvət ediblər. Bundan sonra səs verən Milli Şura üzvləri cəmi 3 səs əleyhinə Heydər Əliyevi Ali Sovetinin sədri vəzifəsinə seçdilər. İclasda içtirak edən prezident Əbülfəz Elçibəy tezliklə Bakını tərk etdi. Həmin ilin avqustunda onun hakimiyyətdən getməsi və yeni prezident seçkiləri haqda referendum keçirildi, oktyabrda isə Heydər Əliyev yeni prezident seçildi. Originally published at - http://www.azadliq.org/media/video/26...
  • Heydər Əliyev qəzəbli çıxış edir tags

Comments

  • Heyderi yalniz televizordan taniyan ogul-usaq ele terifleyir ki, adam lap et tokur! Yadiniza yaxin kecmisi xatirladiram; 1975 ci ilde Qazax terefden 150 min kv km torpagi ermenilere pay veren hemen "dahi" dediyiniz adam idi!

  • bandit baş kəsən erməni

  • Yaxşıki qayıtdı.. yoxsa başqaları elə siqaret çəkə çəkə dövləti təslim eləmişdi. Siyasətçi lazım idi o zaman. özdə heçkim deməsinki o adam saxta gəlib. Heydər Əlivə görə Azadlıq meydanına yığışan milləti unutmayın

  • Heyder Eliyev Azerbaycanin En Cetin Aninda Reheberliye Geldi . Coxlari helede Analmir ki .. Bu Shexs Azerbaycancin Cox ve Muhum İshler Gorub .... Allah Rehmet Elesin hem Ebulfez ELcibeye hemde Heyder Eliyeve !

  • allah rehmet elesin ulu onderimize. esl kisi idi

  • NECEDE AQ YALAN

  • bunanda Azərbaycan Silindi...(((((((

  • inkishaf gormeyen adamchun elbetde inkishaf edirik

  • аллах рехмет еласин

  • hansi xidmetden gedir sohbet?!

  • Heyder Eliyev olmsaydi Bu Azerbaycan olmazdi. Yaşasin Ulu Önder

  • allah rehmet etsin.

  • halal olsun bax heqiqetende Kisi adam olub ALLAH rehmet elesin bu gun ona borcluyuq!

  • DEDESI YARATDIGI DOVLETI OGLU PARCALAYIR HEYIF COX HEYIF :(

  • O VAXT HAMI NOXUD YEYİRDİ BƏLİ

  • allah rehmet elesin

  • Azerbaycan o zaman az- chox suveren dovlet sayilar ki, o tamamile eliyevlerin caynagindan azad ola...

  • Yasasin heyder

  • vicdanimin telebi ile.....:-) :-) :-)...hap-gop....